Kadraj Media loqosu

Bakı · Video · Dron · Foto · Reels · Podcast

Hekayəni kadra sığdırırıq.

Kadraj Media — brendlər üçün reklam və təqdimat videoları, lisenziyalı dron çəkilişi, foto, reels və podcast hazırlayan Bakı studiyasıdır. İdeyadan son kadra qədər — bir komanda.

Kadraj Media fotoqrafı Canon kamera ilə çəkiliş edir Kadraj Media komandası telefonla reels çəkir Operator tədbirdə yuxarı rakursdan video çəkir Kadraj Media rejissoru çəkiliş meydançasında
Kadraj Media komandası iş başında

Bizə etibar edən brendlər · 35+ şirkət

Atena brend filmindən kadr — Kadraj Media
KADRAJ / SEÇİLMİŞ FİLM2026

Atena —
torpaqdan başlayan hekayə.

01 Portfolio

Seçilmiş işlər

Reklam çarxından podcast-a qədər — hər layihənin öz ritmi və rəngi var. Kateqoriya seçin, videonu elə burada izləyin.

Atena — Brend filmi — Kadraj Media▶ VİDEO

Atena — Brend filmi

Video · Brend filmi

Bizimoda — Mebel reels — Kadraj Media▶ SHORTS

Bizimoda — Mebel reels

Reels · Məhsul

ADNSU — Dron çəkilişi — Kadraj Media▶ VİDEO

ADNSU — Dron çəkilişi

Dron · Kampus

SAT Group x Araz — Teambuilding — Kadraj Media▶ VİDEO

SAT Group x Araz — Teambuilding

Tədbir · 500 nəfərlik heyət

Tikinti şirkəti — Reklam çarxı — Kadraj Media▶ VİDEO

Tikinti şirkəti — Reklam çarxı

Video · Reklam

Mənzil çəkilişi — Daşınmaz əmlak — Kadraj Media▶ SHORTS

Mənzil çəkilişi — Daşınmaz əmlak

Reels · Rieltorlar üçün

Starlight Tədris Mərkəzi — Kadraj Media▶ SHORTS

Starlight Tədris Mərkəzi

Reels · Təhsil

Dəyanət müəllim — Sual-cavab — Kadraj Media▶ SHORTS

Dəyanət müəllim — Sual-cavab

Podcast · Ekspert videosu

Bravo Travel — Turizm reels — Kadraj Media▶ SHORTS

Bravo Travel — Turizm reels

Reels · Turizm

Bizimoda — Məhsul təqdimatı — Kadraj Media▶ SHORTS

Bizimoda — Məhsul təqdimatı

Reels · Məhsul

Bizimoda — Ləkə saxlamayan parça — Kadraj Media▶ SHORTS

Bizimoda — Ləkə saxlamayan parça

Reels · Məhsul

02 Xidmətlər

Bir komanda.
Bütün formatlar.

  • Video istehsalı

    15 saniyəlik reklamdan 3 dəqiqəlik brend filminə qədər — ideya, ssenari, çəkiliş və montaj Bakıda bir komandada.

    Reklam çarxıBrend filmiKorporativ Ətraflı
  • Foto çəkiliş

    Məhsulunuz, komandanız və məkanınız — real, işıqlı və brendinizə uyğun. Studiyada və ya sizin məkanınızda.

    MəhsulPortretİnteryer Ətraflı
  • Lisenziyalı dron çəkilişi

    Layihənizin miqyasını yalnız yuxarıdan görmək olar. 4K hava kadrları — qanuni, təhlükəsiz və planlı uçuşlarla.

    Lisenziyalı4K havaTikinti Ətraflı
  • Reels və sosial media kontenti

    İlk saniyədən tutan, sona qədər izlənən və satan şaquli videolar. Instagram, TikTok və YouTube Shorts üçün — tək video və ya aylıq paket.

    InstagramTikTokAylıq paket Ətraflı
  • Podcast və müsahibə çəkilişi

    Bir söhbət — onlarla kontent. Çoxkameralı video podcast, peşəkar səs və hər epizoddan sosial media üçün qısa kəsimlər.

    ÇoxkameralıStudiyaReels kəsim Ətraflı
  • Post-prodakşn: montaj və rəng

    Görüntünüz var, nəticə yoxdur? Montaj, rəng, səs və qrafika ilə xam kadrları izlənən və satan videoya çeviririk.

    MontajColor gradingMotion Ətraflı
  • AI video istehsalı

    Çəkilişi mümkün olmayan və ya baha başa gələn kadrları süni intellektlə yaradırıq. Rejissor gözü + AI alətləri = sürətli, cəsarətli və büdcəyə uyğun video.

    AI reklamAvatarHibrid Ətraflı

03 Kadr arxası

Kameranın o biri tərəfi.

Qara köynəkli, qırmızı lentli komanda. Hər çəkilişdə — operator, fotoqraf, rejissor və mobil kontent prodüseri bir yerdə.

Fotoqraf Canon kamera ilə çəkir
A001 · Fotoqraf
Kadraj Media operatorları kameralarla
A002 · Operatorlar
Mobil kontent prodüseri telefonla çəkir
A003 · Mobil kontent
Rejissor tədbirdə
A004 · Rejissor
Kadraj Media komandası forumda qonaqlarla
A005 · Komanda
Gülümsəyən komanda üzvü
A006 · Prodüser
Azərbaycan Marketinq Zirvəsi 2026-da Kadraj Media komandası
A007 · Marketinq Zirvəsi 2026
Operator yuxarı rakursdan çəkir
A008 · Operator
Çəkiliş meydançasında koordinasiya
A009 · Koordinasiya
Komanda tədbir meydançasında
A010 · Səhnə
0+Brend və şirkət
0+Video layihə
0×Xidmət istiqaməti
0sSmeta müddəti

04 Proses

Brifdən
son kadra.

Şəffaf proses — hər mərhələdə nə baş verdiyini bilirsiniz. Sürpriz yalnız nəticədə olur.

Brif göndər
  1. 01 / BRİF

    Dinləyirik

    Məqsədinizi, auditoriyanızı və büdcənizi öyrənirik. 24 saat ərzində ideya istiqaməti və şəffaf smeta göndəririk.

  2. 02 / PLAN

    Planlayırıq

    Ssenari, storyboard, lokasiya, avadanlıq, dron icazəsi və çəkiliş cədvəli — hər şey əvvəlcədən təsdiqlənir.

  3. 03 / ÇƏKİLİŞ

    Çəkirik

    Kameralar, işıq, dron və səs avadanlığı ilə meydançada tam komanda işləyir.

  4. 04 / TƏHVİL

    Təhvil veririk

    Montaj, rəng, səs və bütün platformalar üçün formatlar (16:9 · 9:16 · 1:1). Düzəlişlər daxil.

05 Niyə Kadraj

Bizdə sürpriz yoxdur: smeta şəffaf, müddət dəqiq, nəticə isə — hər şey göründüyü kimidir.

Azərbaycan Marketinq Zirvəsi 2026
Azərbaycan Marketinq Zirvəsi · 2026
A

Bir pəncərə

İdeya, prodakşn və post-prodakşn bir komandada. Beş podratçı ilə danışmaq lazım deyil.

B

Lisenziyalı dron

Hava çəkilişləri qanuni və təhlükəsiz — icazə prosesini biz həll edirik.

C

Platformaya uyğun

Bir çəkilişdən 16:9, 9:16 və 1:1 versiyalar — sayt, YouTube, Instagram və TikTok üçün.

D

Sürətli təhvil

Tədbirdən eyni gün reels, reklam üçün dəqiq qrafik. Razılaşdığımız tarixə sadiq qalırıq.

06 Suallar

Tez-tez verilən suallar

Çəkilişin qiyməti necə hesablanır?

Qiymət formatdan, çəkiliş günlərinin sayından, komandanın tərkibindən və montaj həcmindən asılıdır. Brifi aldıqdan sonra sizə detallı və şəffaf smeta göndəririk.

Dron çəkilişiniz lisenziyalıdır?

Bəli. Dron çəkilişlərimizi lisenziya ilə həyata keçiririk, uçuş məhdudiyyəti olan ərazilər üçün lazımi razılaşmaları əvvəlcədən həll edirik.

Hazır video nə vaxt təhvil verilir?

Reels və qısa videolar adətən bir neçə iş günü, reklam və təqdimat filmləri isə layihənin həcmindən asılı olaraq 1–3 həftə ərzində təhvil verilir.

Podcast çəkilişi üçün studiyanız var?

Bəli. Çoxkameralı podcast və müsahibə çəkilişlərini həm studiyada, həm də sizin məkanınızda təşkil edirik.

Bakıdan kənarda çəkiliş edirsinizmi?

Bəli. Gəncə, İsmayıllı, Qəbələ və Azərbaycanın digər regionlarında da çəkilişlər edirik.

07 Əlaqə

Növbəti kadr
sizinlə.

Bir neçə sual — və 24 saat ərzində sizə ideya və smeta ilə qayıdırıq. Və ya sadəcə ofisə qəhvəyə gəlin.

Nə lazımdır?