Kadraj Media loqosu

Sahə · 05 · Bakı, Azərbaycan

Məhsul, moda və e-ticarət üçün foto və video

Məhsulu satan şəkil və video: ağ fonda kataloqdan moda kampaniyasına, məhsulun funksiyasını göstərən reels-dən reklam çarxına qədər.

Bizimoda məhsul reelsindən kadr — Kadraj Media

01 Bu sahədə

Nələr edirik?

Bu sahədə istifadə etdiyimiz xidmətlər

02 Nümunələr

Məhsul çəkilişi — işlərimizdən

Videoya klikləyin — saytdan çıxmadan izləyin.

Bizimoda — Mebel reels — Kadraj Media▶ SHORTS

Bizimoda — Mebel reels

Reels · Məhsul

Bizimoda — Məhsul təqdimatı — Kadraj Media▶ SHORTS

Bizimoda — Məhsul təqdimatı

Reels · Məhsul

Bizimoda — Ləkə saxlamayan parça — Kadraj Media▶ SHORTS

Bizimoda — Ləkə saxlamayan parça

Reels · Məhsul

03 Proses

Necə işləyirik.

Şəffaf proses — hər mərhələdə nə baş verdiyini bilirsiniz.

Brif göndər
  1. 01

    Məhsul siyahısı

    Hansı məhsulların, hansı bucaq və formatda çəkiləcəyi müəyyənləşir.

  2. 02

    Stil və moodboard

    Fon, işıq, rekvizit və model seçimi razılaşdırılır.

  3. 03

    Çəkiliş

    Studiyada və ya məkanınızda foto və video eyni gündə.

  4. 04

    Retuş və təhvil

    Mağaza, kataloq və sosial media üçün hazır fayllar.

Yaxşı məhsul fotosu satışı artırır

Onlayn alıcı məhsula toxuna bilmir — qərarı şəkil və videoya görə verir. Vahid stildə, düzgün işıqla çəkilmiş məhsul fotoları və funksiyanı göstərən reels geri qaytarmaları azaldır və satışı artırır.

Bizimoda (mebel), Eurolux (məişət texnikası), Ziebart (avtomobil baxımı) və Alizada Fashion kimi brendlər üçün məhsul fotoları və reels hazırlamışıq.

Moda və geyim brendləri üçün

Kolleksiya çəkilişi, lookbook, kampaniya və model reels — moda brendləri üçün model, stilist və lokasiya ilə tam istehsal təşkil edirik. AI ilə məhsulu müxtəlif səhnələrdə göstərən vizuallar da hazırlaya bilirik.

04 Suallar

Məhsul çəkilişi: tez-tez verilən suallar

Bir gündə neçə məhsul çəkmək olar?

Ağ fonda sadə məhsullar üçün gündə onlarla, lifestyle çəkilişdə isə daha az — siyahıya görə planlayırıq.

Model və stilist tapırsınız?

Bəli, moda çəkilişləri üçün model, stilist və vizajist təşkil edirik.

Foto və video birlikdə olar?

Bəli, eyni gündə həm foto, həm reels çəkmək büdcəyə qənaət edir.

Marketpleys tələblərinə uyğun ölçü verirsiniz?

Bəli, sayt, marketpleys və sosial media üçün tələb olunan ölçülərdə təhvil veririk.

Əlaqəli səhifələr

Bütün sahələr →

Növbəti kadr sizinlə.