Kadraj Media loqosu

Xidmət · 06 · Bakı, Azərbaycan

Post-prodakşn: video montaj, rəng korreksiyası və motion qrafika

Görüntünüz var, nəticə yoxdur? Montaj, rəng, səs və qrafika ilə xam kadrları izlənən və satan videoya çeviririk.

Kadraj Media montaj və post-prodakşn

01 Xidmətə daxildir

Nələr edirik?

02 Nümunələr

Post-prodakşn — işlərimizdən

Videoya klikləyin — saytdan çıxmadan izləyin.

Atena — Brend filmi — Kadraj Media▶ VİDEO

Atena — Brend filmi

Video · Brend filmi

Tikinti şirkəti — Reklam çarxı — Kadraj Media▶ VİDEO

Tikinti şirkəti — Reklam çarxı

Video · Reklam

03 Proses

Necə işləyirik.

Şəffaf proses — hər mərhələdə nə baş verdiyini bilirsiniz.

Brif göndər
  1. 01

    Materialı alırıq

    Görüntüləri link və ya disk ilə göndərirsiniz, istinad nümunələrini paylaşırsınız.

  2. 02

    Kobud montaj

    Hekayə və ritm qurulur, sizinlə razılaşdırılır.

  3. 03

    Rəng, səs, qrafika

    Color grading, səs mix, titr və motion elementləri əlavə olunur.

  4. 04

    Təhvil

    İki düzəliş mərhələsindən sonra bütün lazımi formatlarda təhvil.

Yaxşı video montajda doğulur

Eyni görüntülərdən həm darıxdırıcı, həm də izlənən video yaratmaq mümkündür — fərqi montaj yaradır. Post-prodakşn mərhələsində hekayəni qurur, ritmi tənzimləyir, rəngi və səsi bir vahid halına gətiririk.

Kadraj Media öz çəkilişlərindən əlavə, sizin və ya başqa komandanın çəkdiyi görüntülərlə də işləyir: telefonla çəkilmiş reels-dən kino kamerası ilə çəkilmiş filmə qədər.

Rəng korreksiyası və motion qrafika

Color grading videoya kino hissi verir və brendinizin vizual dilini formalaşdırır. Motion qrafika — loqo animasiyası, titrlər və infoqrafika — mürəkkəb məlumatı sadə və yadda qalan edir. Samir Cəfərovun "Əsən Yellər" motion videosu bu istiqamətdə işlərimizdən biridir.

Post-prodakshn xidmətinə nələr daxildir?

Kadrların seçimi və montaj, rəng korreksiyası (color grading), səs təmizləmə və miksaj, musiqi seçimi, subtitr və tərcümə, titrlər, logo animasiyası, motion qrafika və infoqrafika.

Sizin çəkdiyiniz və ya başqa komandanın çəkdiyi kadrlarla da işləyirik — xam materialı göndərmək kifayətdir.

YouTube, reklam və sosial media üçün montaj

YouTube videoları üçün tamaşaçını saxlayan ritm, reklam çarxları üçün dəqiq xronometraj, sosial media üçün dinamik, subtitrli 9:16 versiyalar. Hər platformanın texniki tələblərinə uyğun ixrac edirik.

Düzəliş mərhələləri

İlk versiyadan sonra iki düzəliş mərhələsi daxildir. Şərhləri video üzərində vaxt kodu ilə qəbul edirik — proses sürətli və aydın olur.

Post-prodakşn qiyməti nədən asılıdır?

Hər layihə fərqlidir, ona görə qiyməti brifə görə hesablayırıq. Smetaya təsir edən əsas amillər:

  • Xam materialın həcmi və video uzunluğu
  • Rəng korreksiyasının dərinliyi
  • Motion qrafika və animasiya ehtiyacı
  • Subtitr və dil versiyaları
  • Təhvil müddəti (təcili sifariş)

Brifinizi göndərin — 24 saat ərzində maddə-maddə şəffaf smeta göndərək. Hazır paketlərə Paketlər səhifəsində baxa bilərsiniz.

04 Suallar

Post-prodakşn: tez-tez verilən suallar

Öz çəkdiyimiz videonu montaj edirsiniz?

Bəli, sizin və ya başqa komandanın çəkdiyi görüntülərlə işləyirik.

Montaj nə qədər vaxt aparır?

Reels bir neçə gün, reklam və korporativ videolar materialın həcmindən asılı olaraq 1–2 həftə.

Telefonla çəkilmiş video da olar?

Bəli, düzgün montaj, rəng və səs ilə telefon görüntüləri də peşəkar görünür.

Musiqi hüququ ilə problem olmaz?

Lisenziyalı və ya platformanın icazəli musiqisindən istifadə edirik ki, video bloklanmasın.

Xam materialı necə göndərim?

Google Drive, WeTransfer və ya digər bulud xidməti ilə link göndərmək kifayətdir; böyük həcmlər üçün disk də qəbul edirik.

Logo animasiyası hazırlayırsınız?

Bəli, video giriş və sonluğu üçün brendinizə uyğun logo animasiyası hazırlayırıq.

Videoya subtitr və tərcümə əlavə edirsiniz?

Bəli, Azərbaycan, rus, ingilis və digər dillərdə subtitr hazırlayırıq.

Köhnə videolarımızı yenidən montaj edə bilərsiniz?

Bəli, mövcud materialdan yeni reklam, reels və ya təqdimat versiyaları hazırlaya bilərik.

Əlaqəli səhifələr

Bütün xidmətlər →

Növbəti kadr sizinlə.