Kadraj Media loqosu

Sahə · 01 · Bakı, Azərbaycan

Tədbir çəkilişi: konfrans, forum və korporativ tədbirlər

Tədbiriniz bir gün davam edir, videosu isə illərlə işləyir. Foto, video, highlight filmi və elə həmin gün sosial mediaya hazır reels.

Kadraj Media komandası korporativ tədbir çəkilişində

01 Bu sahədə

Nələr edirik?

Bu sahədə istifadə etdiyimiz xidmətlər

02 Nümunələr

Tədbir çəkilişi — işlərimizdən

Videoya klikləyin — saytdan çıxmadan izləyin.

SAT Group x Araz — Teambuilding — Kadraj Media▶ VİDEO

SAT Group x Araz — Teambuilding

Tədbir · 500 nəfərlik heyət

03 Proses

Necə işləyirik.

Şəffaf proses — hər mərhələdə nə baş verdiyini bilirsiniz.

Brif göndər
  1. 01

    Proqramı öyrənirik

    Tədbirin gedişatı, açar anlar, spikerlər və məkanla tanış oluruq, kadr planı qururuq.

  2. 02

    Komanda və avadanlıq

    Tədbirin miqyasına uyğun operator, fotoqraf və mobil kontent prodüseri ayrılır.

  3. 03

    Tədbir günü

    Komanda hadisələrin önündə olur; eyni gün reels və seçilmiş fotolar paylaşılır.

  4. 04

    Highlight və arxiv

    Bir neçə gün ərzində highlight filmi, tam video yazılar və foto qalereya təhvil verilir.

Peşəkar tədbir çəkilişi nə üçün vacibdir?

Forum, konfrans və korporativ tədbirlərə ciddi resurs xərclənir. Peşəkar tədbir çəkilişi bu investisiyanı uzunmüddətli kontentə çevirir: növbəti tədbirin reklamı, sponsorlar üçün hesabat, sosial media postları və şirkətin arxivi.

Kadraj Media SAT Group-un HR Forumu və "Satışın Ritmi" forumu, Araz Supermarketlər şəbəkəsinin 500 nəfərlik teambuilding tədbiri, UBOC və Edulance kimi layihələrdə tədbir çəkilişi aparıb. Komandamız qara köynək və qırmızı lentlə meydançada fərqlənir, amma tədbirin axarına mane olmur.

Eyni gün reels — tədbirin ən güclü reklamı

Tədbirlə bağlı ən çox baxış ilk 24 saatda olur. Ona görə komandamızda ayrıca mobil kontent prodüseri işləyir: tədbir davam edərkən qısa videolar montaj edilir və elə həmin gün paylaşılmağa hazır olur. Bu, iştirakçıların paylaşımları ilə birləşdikdə tədbirin sosial mediadakı əhatəsini bir neçə dəfə artırır.

Hansı tədbirləri çəkirik?

Konfrans və forumlar, sərgilər (məsələn, Baku Build), məhsul təqdimatları, açılış mərasimləri, yubileylər, teambuilding və korporativ şənliklər, təlim və seminarlar, mətbuat konfransları. Bakıda və Azərbaycanın bütün regionlarında, qapalı və açıq məkanlarda işləyirik.

04 Suallar

Tədbir çəkilişi: tez-tez verilən suallar

Tədbir videosu nə vaxt hazır olur?

Eyni gün reels və seçilmiş fotolar tədbir günü, highlight filmi 3–5 iş günü, tam yazılar isə 5–7 iş günü ərzində təhvil verilir.

Neçə operator lazımdır?

Kiçik tədbirlər üçün bir operator və bir fotoqraf kifayətdir. Böyük forumlarda çoxkameralı çəkiliş və ayrıca mobil kontent prodüseri tövsiyə edirik.

Çıxışları tam yazırsınız?

Bəli, panel və çıxışları ayrıca kamera və səs yazısı ilə tam şəkildə qeydə alırıq.

Açıq havada dron istifadə edə bilərsiniz?

Bəli, lisenziyalı dron çəkilişi edirik; uçuş məhdudiyyəti olan ərazilər üçün icazələri əvvəlcədən yoxlayırıq.

Regionlarda tədbir çəkirsiniz?

Bəli, İsmayıllı, Gəncə, Qəbələ və digər regionlarda tədbir çəkilişləri aparırıq.

Əlaqəli səhifələr

Bütün sahələr →

Növbəti kadr sizinlə.